Azərbaycan Tacikistana humanitar yardım göndərəcək

Azərbaycan Tacikistana humanitar yardım göndərəcək Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib
Xarici siyasət
26 Dekabr , 2015 15:57
Azərbaycan Tacikistana humanitar yardım göndərəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Son xəbərlər

Orphus sistemi