Azərbaycan sərhədçiləri sənədlərin yoxlanılması sahəsində ixtisaslarını artırır

Azərbaycan sərhədçiləri sənədlərin yoxlanılması sahəsində ixtisaslarını artırır Treninq “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsi çərçivəsində keçirilir
Xarici siyasət
12 Sentyabr , 2017 10:25
Azərbaycan sərhədçiləri sənədlərin yoxlanılması sahəsində ixtisaslarını artırır
Report

Bakı. 12 sentyabr. REPORT.AZ / Bakıda sənədlərin yoxlanılması sahəsində potensialın artırılması üzrə pilot treninqə start verilib. "Report" xəbər verir ki, treninq Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsi çərçivəsində keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndəsi Vahid Osmanov qeyd edib ki, treninqin məqsədi sərhədi keçən insanlarda saxta sənədlərin aşkar edilməsi üzrə əməkdaşlarının bacarıqlarının artırılmasından ibarətdir. Onun sözlərinə görə, bu günədək DSX əməkdaşları Niderland, Çexiya və Litvada ixtisasın artırılması üzrə kurslar keçib.

Öz növbəsində Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin Azərbaycanla əla münasibətləri, ikitərəfli münasibətlərin yaranmasının 25 illiyinin qeyd edilməsi haqqında danışıb. Miqrasiya mövzusuna toxunan səfir, ona nəzarətin həyata keçirilməsini vacibliyini qeyd edib.

Sonda MOBILAZE layihəsinin koordinatoru onun proqramları və maliyyələşdirilməsi barədə ətraflı məlumat verib.

Daha sonra tədbir iştirakçıları arasında müzakirələr aparılıb. Treninqlər sentyabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi