Azərbaycan səfiri Donald Trampın Ağ evdə verdiyi iftarda iştirak edib

Azərbaycan səfiri Donald Trampın Ağ evdə verdiyi iftarda iştirak edib Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Prezident Donald Tramp hakimiyyətdə olduğu bir il yarım ərzində müqəddəs Ramazan ayı münasibətilə ilk dəfə Ağ evdə iftar süfrəsi açıb.
Xarici siyasət
7 İyun , 2018 11:27
Azərbaycan səfiri Donald Trampın Ağ evdə verdiyi iftarda iştirak edib

Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Prezident Donald Tramp hakimiyyətdə olduğu bir il yarım ərzində müqəddəs Ramazan ayı münasibətilə ilk dəfə Ağ evdə iftar süfrəsi açıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, iftarda əhalisinin çoxu müsəlman olan dövlətlərin ABŞ-dakı səfirləri və Vaşinqtondakı müsəlman icmalarının təmsilçiləri iştirak ediblər. 

Ağ ev iftarda iştirak edənlərin siyahısını açıqlamayıb. Ancaq jurnalistlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da daxil olmaqla Türkiyə, Səudiyyə Ərəbstanı, İordaniya, Misir, Bilərşmiş Ərəb Ərmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Mərakeş, Əlcəzair və Liviyanın ABŞ-dakı səfirliklərinin mərasimə qatıldığını öyrənə biliblər.

İftara dəvət edilməyən müsəlman icmasının təmsilçiləri isə buna etiraz olaraq Ağ evin qarşısındakı Lafayette Parkda alternativ iftar süfrəsi açıblar, tədbir keçiriblər. Həmin mərasimə Amerka-İslam Əlaqələri Şurası və Şimali Amerika İslam İcmasının təmsilçiləri də qatılıb. İftardan əvvəl birlikdə namaz qılan 150-yə yaxın müsəlman birlikdə yemək yeyib.

Şimali Amerika İslam İcmasının rəhbəri Zahid Buxari bildirib ki, ABŞ-dakı milyonlarla müsəlmanın təmsilçilərinini Ağ evdə verilən iftara çağırılmaması Donald Trampın müsəlmanlara və İslama münasibtinə bir nümunədir: "Amerikanın əhəmiyyətli müsəlman liderləri bu tədbirə çağırılmırsa, deməli hədəf xoş məranlı deyil. Ancaq, ötən il atmadıqları addımı 17 aydan sonra atmalarına da şükür. Biz də bu yarımçıq mərasimi tamamlamaq üçün burada iftar süfrəsi açırıq”.

Məlumata görə, ABŞ-dakı xristian rahiblərdən biri müsəlman icmasının etiraz aksiyasına dəstək vermək üçün iftarda iştirak edib.

Bildirilib ki, son 20 ildə 2016-cı ilədək ABŞ prezidentləri Bil Klinton, kiçik Corc Buş və Barak Obama adından hər il Ağ evdə iftar süfrəsi açılıb. 2017-ci ildə Donald Tramp bu ənənəni pozub və iftar verməyib. Onun bu hərəkəti isə ictimaiyyətdə etiraza səbəb olmuşdu. 

Son xəbərlər

Orphus sistemi