Azərbaycan Rusiyanın Dövlət Dumasına seçkilərdə müşahidəçilərinin iştirakını təsdiqləyib

Azərbaycan Rusiyanın Dövlət Dumasına seçkilərdə müşahidəçilərinin iştirakını təsdiqləyib Seçkilərdə Azərbaycan Mərkəzi Seçki Komissiyası təmsil olunacaq
Xarici siyasət
5 Sentyabr , 2016 21:34
Azərbaycan Rusiyanın Dövlət Dumasına seçkilərdə müşahidəçilərinin iştirakını təsdiqləyib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Boliviya və İraq Rusiyanın Dövlət Dumasına keçiriləcək seçkilərin beynəlxalq müşahidəsində iştirak etmək istədiklərini təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü məlumat verib.

Bundan öncə MSK 7-ci çağırış Dövlət Dumasına keçiriləcək seçkilərin beynəlxalq müşahidəsində iştirak etmək üçün 40-dan çox ölkənin seçki komissiyasına dəvət göndərib.

"Belarus təsdiq edib, onların iki MSK üzvü gələcək. Azərbaycanın Mərkəzi Seçki Komissiyası təmsil olunacaq", — deyə Rusiya MSK-sında beynəlxalq qarşılıqlı fəaliyyət məsələlərinə rəhbərlik edən Lixaçyev bildirib.

Son xəbərlər

Orphus sistemi