Azərbaycan Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət olunub

Azərbaycan Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət olunub Qırğızıstan parlamentinin sədri: "Azərbaycan ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"
Xarici siyasət
24 May , 2017 14:27
Azərbaycan Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət olunub

Bakı. 24 may. REPORT.AZ/ Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov Azərbaycanı bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində müşahidə missiyasında iştiraka dəvət edib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, dəvət Ç.Tursunbekovun İstanbulda Milli Məclisin sədri Oqtay Əsədovla görüş zamanı olunub.

Görüşdə tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin indiki vəziyyətini müzakirə ediblər.

Ç.Tursunbekov Qırğızıstan tərəfinin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Onun fikrincə, Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) çərçivəsində əməkdaşlığı genişləndirmək lazımdır. O, Qırğızıstan parlamentinin iyulun sonunda TürkPA-nın növbəti, 7-ci plenar iclasını keçirməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi