Azərbaycan Prezidentinin Qətərə rəsmi səfəri başa çatıb - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidentinin Qətərə rəsmi səfəri başa çatıb - ƏLAVƏ OLUNUB “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü
Xarici siyasət
27 Fevral , 2017 17:26
Azərbaycan Prezidentinin Qətərə rəsmi səfəri başa çatıb - ƏLAVƏ OLUNUB

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərinin “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı İlham Əliyevi Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.

Son xəbərlər

Orphus sistemi