Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
1 Sentyabr , 2018 16:44
Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Son xəbərlər

Orphus sistemi