Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi”
Xarici siyasət
29 Fevral , 2016 15:16
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi