Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Xarici siyasət
19 Oktyabr , 2018 14:17
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlət başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.

Son xəbərlər

Orphus sistemi