Azərbaycan Prezidenti Pinyeranı təbrik edib

Azərbaycan Prezidenti Pinyeranı təbrik edib “Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”
Xarici siyasət
22 Dekabr , 2017 17:17
Azərbaycan Prezidenti Pinyeranı təbrik edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Pinyera,

Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”. 

Son xəbərlər

Orphus sistemi