Azərbaycan Prezidenti Norveç kralını təbrik edib

Azərbaycan Prezidenti Norveç kralını təbrik edib "Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə bütün xalqınızı təbrik edirəm"
Xarici siyasət
16 May , 2016 18:21
Azərbaycan Prezidenti Norveç kralını təbrik edib

Bakı. 16 may. REPORT.AZ/ Prezident İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi