Azərbaycan Prezidenti Koreya Respublikasının yeni seçilən prezidentini təbrik edib

Azərbaycan Prezidenti Koreya Respublikasının yeni seçilən prezidentini təbrik edib Prezident İlham Əliyev: "Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm"
Xarici siyasət
10 May , 2017 14:23
Azərbaycan Prezidenti Koreya Respublikasının yeni seçilən prezidentini təbrik edib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının yeni seçilən prezidenti Mun Ce-ini təbrik edib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının Prezidenti vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter almışdır. Dost ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığımızın müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişafı diplomatik münasibətlərimizin 25 illik dövrünü səciyyələndirir.

İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqına daim sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi