Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib "Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi"
Xarici siyasət
5 May , 2017 09:36
Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

"Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi