Azərbaycan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib

Azərbaycan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.
Xarici siyasət
27 Noyabr , 2017 13:06
Azərbaycan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Son xəbərlər

Orphus sistemi