Azərbaycan Prezidenti Belçikalıların Kralına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Belçikalıların Kralına təbrik məktubu göndərib İlham Əliyev Əlahəzrət Flipi Belçika Krallığının milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət
20 İyul , 2017 18:15
Azərbaycan Prezidenti Belçikalıların Kralına təbrik məktubu göndərib
President.az

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət, Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm."

Son xəbərlər

Orphus sistemi