NATO baş katibinin müavini: "Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır"

NATO baş katibinin müavini: "Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır" Tacan İldem Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib
Xarici siyasət
4 May , 2017 18:35
NATO baş katibinin müavini: Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır

Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem bildirib.   

O, bu vəzifədə Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, bundan çox məmnun olduğunu vurğulayıb.

T.İldem sabah Bakıda rəsmi açılışı nəzərdə tutulan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. 

O, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" sülhməramlı missiyasında iştirakını da yüksək qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi