Azərbaycan Moskvada MDB hökumət başçılarının toplantısında iştirak edəcək

Azərbaycan Moskvada MDB hökumət başçılarının toplantısında iştirak edəcək Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.
Xarici siyasət
25 Oktyabr , 2019 06:21
Azərbaycan Moskvada MDB hökumət başçılarının toplantısında iştirak edəcək

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.

"Report"un Rusiya bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil edəcəyi planlaşdırılır.

Hökumət başçıları MDB ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

İclasın gedişatında dövlətlərin əməkdaşlığı konsepsiyasının - cəmiyyətin rəqəmli inkişafı və onun reallaşdırması üzrə başlanğıc tədbirlərin planı sahəsində, həmçinin dövlətlərin informasiya təhlükəsizliyi təminatı strategiyalarının müzakirəsinə xüsusi diqqət ayrılacaq.

Bundan başqa ki, iclasın gedişatında ölkələrin standartlaşdırma sahəsində birliklərinin əməkdaşlığını tənzimləyən bir sıra sənədlər imzalanacaq.

Son xəbərlər

Orphus sistemi