Bakıda Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası başlayıb

Bakıda Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası başlayıb Birgə Komissiyanın iclası 17 aprelə qədər davam edəcək
Xarici siyasət
13 Aprel , 2017 10:19
Bakıda Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edir.

Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Rusiya ilə Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Postnov rəhbərlik edir.

Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, Birgə Komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.

Birgə Komissiyanın iclası 17 aprelə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi