Azərbaycan İndoneziya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etməyi planlaşdırır

Azərbaycan İndoneziya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etməyi planlaşdırır Artıq bu istiqamətdə prosessual işlər başlayıb
Xarici siyasət
15 Fevral , 2016 12:59
Azərbaycan İndoneziya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etməyi planlaşdırır

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan İndoneziya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etməyi planlaşdırır.

Azərbaycanın İndoneziyadakı səfirliyindən "Report"a verilən məlumata görə, artıq bu istiqamətdə prosessual işlər başlayıb.

Məlumata görə, yaxın iki ay ərzində İndoneziya vətəndaşlarının Azərbaycan aeroportlarına gəlişi zamanı qısamüddətli viza ala biləcəkləri gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan 10 ölkənin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqinə başlayıb.

O da vurğulanmalıdır ki, ötən ilin oktyabrında İndoneziya Azərbaycan vətəndaşları üçün turist vizasını ləğv edib.

Son xəbərlər

Orphus sistemi