Azərbaycan GUAM çərçivəsində terror fəaliyyətlərində iştirak edən şəxslərə dair məlumat mübadiləsi təklif edib

Azərbaycan GUAM çərçivəsində terror fəaliyyətlərində iştirak edən şəxslərə dair məlumat mübadiləsi təklif edib Kiyevdə Azərbaycan tərəfinin sədrliyi ilə GUAM-ın terrorla mübarizə işçi alt qrupunun 19-cu iclası keçirilib
Xarici siyasət
7 Noyabr , 2017 12:23
Azərbaycan GUAM çərçivəsində terror fəaliyyətlərində iştirak edən şəxslərə dair məlumat mübadiləsi təklif edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə GUAM Katibliyində Azərbaycan tərəfinin sədrliyi ilə terrorla mübarizə işçi alt qrupunun 19-cu iclası keçirilib.

"Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, alt qrupun işində GUAM-a üzv dövlətlərin  nümayəndə heyəti iştirak edib.

İştirakçılar beynəlxalq terror və dini ekstremist təşkilatlarının fəaliyyəti, Yaxın Şərq regionundan yayılan terror təhlükələri, 2016-2017-ci illərdə birgə keçirilən xüsusi əməliyyatlar, Gürcüstanda çirkli pulların yuyulması ilə bağlı əməliyyatların maliyyə kanallarının kəsilməsi üzrə aparılan əməliyyat işlərin uğurlu nəticələri barədə məlumat veriblər.

Görüş iştirakçıları Azərbaycanın terror fəaliyyəti ilə məşğul olan şəxslər barədə tərəflər arasında müntəzəm informasiya mübadiləsi təşkil etmək, terror təşkilatlarının fəaliyyətlərinin forma və metodlarının, istifadə olunan rabitə və silah-partlayıcı nəqliyyat kanallarının müəyyənləşdirilməsi üzrə təcrübə mübadiləsi həyata keçirmək məqsədi ilə müntəzəm ekspert görüşləri keçirmək ilə bağlı təşəbbüslərini dəstəkləyiblər.

İclasın yekununda tərəflər işçi alt qrupun 2017-ci ildəki fəaliyyət planının icrası ilə bağlı qərar barədə razılığa gəliblər və 2018-ci ilin layihə planına təklifləri təsdiq ediblər.

İşçi alt qrupun növbəti iclası gələn ilin may ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi