"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Türkmənistanda konfransa qatılacaq

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Türkmənistanda konfransa qatılacaq Konfransın gündəliyinə geniş spektrlə aktual məsələlərin daxil edilməsi təklif olunur
Xarici siyasət
21 Noyabr , 2016 16:14
Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Türkmənistanda konfransa qatılacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkmənistanda davamlı nəqliyyat sistemi üzrə ilk qlobal konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Recepov keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, forum BMT-nin davamlı və çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına yardım edilməsi, bütün nəqliyyat növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsi barədə BMT Baş Assambleyasının 2015-ci ilin dekabr ayında keçirilən 70-ci sessiyasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq təşkil ediləcək.

Konfransın gündəliyinə geniş spektrlə aktual məsələlərin daxil edilməsi təklif olunur.

B.Recepov bildirib ki, Azərbaycan tərəfdən forumda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov, eləcə də Azərbaycan Nəqliyyat Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri iştirak edəcəklər.

Səfirliyin birinci katibi vurğulayıb ki, iki ölkə arasında nəqliyyat sektorunun inkişafı üçün fəal iş aparılır və bu məsələ Azərbaycan və Türkmənistan tərəfləri arasında baş tutacaq görüşdə müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi