Avstriya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Avstriya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib "Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram"
Xarici siyasət
22 May , 2015 16:56
Avstriya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 22 may. REPORT.AZ/ Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer 28 may - Respublika Günü Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına isə daha firavan həyat arzularımı çatdırıram".

Son xəbərlər

Orphus sistemi