Avropa İttigaqı son 10 ildə Azərbaycanda 50-dək tvinninq layihəsini maliyyələşdirib

Avropa İttigaqı son 10 ildə Azərbaycanda 50-dək tvinninq layihəsini maliyyələşdirib Bakı. 27 noyabr. REPORT.AZ/ Avropa İttigaqı (Aİ) son 10 ildə Azərbaycanda 50-dək tvinninq layihəsini maliyyələşdirib.
Xarici siyasət
27 Noyabr , 2018 13:32
Avropa İttigaqı son 10 ildə Azərbaycanda 50-dək tvinninq layihəsini maliyyələşdirib
Report

Bakı. 27 noyabr. REPORT.AZ/ Avropa İttigaqı (Aİ) son 10 ildə Azərbaycanda 50-dək tvinninq layihəsini maliyyələşdirib.

“Report” xəbər verir ki, bunu 2 tvininq layihəsinin başa çatdırılması münasibətilə keçirilən brifinqdə Aİ-nin layihələr meneceri Ülviyyə Abdullayeva deyib.

Onun sözlərinə görə, tvininq layihələrindən birincisi 2008-ci ildə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirlib.

“Aİ 10 illik əməkdaşlıq müddətində Azərbaycanda 50-dək tvininq layihəsi yerinə yetirib. Bunlardan ən böyüyü, 1,4 milyon avro dəyərində olan layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunur”, –  menecer diqqətə çatdırıb.

“Ekoloji monitorinq sisteminin təkmilləşdirilməsi” adlı tvininq layihəsinin müşaviri Katia Loven son illər ətraf mühitin vəziyyətinin həm insan həyatı, həm də iqtisadiyyat baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Əsas məqsədimiz təcrübəmizi Azərbaycanla bölüşərək müəyyən problemləri çözmək üçün yardım göstərməkdir. Bu baxımdan beynəlxalq əməkdaşlığın böyük əhəmiyyəti var, Azərbaycanın özü də ətraf mühitlə bağlı tvininq layihələrinin həyata keçirilməsində maraqlıdır” – K.Loven bildirib.

Hazırda Azərbaycanda icra olunan “Milli akreditasiya sisteminin gücləndirilməsi” adlı daha bir tvininq layihəsi 2019-cu ilin yayınadək başa çatdırılacaq. Bu layihənin müşaviri Zinaida Qorinanın dediyinə görə, ölkədə akreditasiya təsisatlarının tətbiqi və onların şəbəkəsinin təkmilləşdirilməsi bütün sahələrdə göstərilən xidmətlərin daha yüksək səviyyəyə çatırılmasının vacib şərtidir: “Akreditasiya orqanları məhsul istehsalına, xidmətlər göstərilməsinə verilən icazə sənədlərinin dürüstlüyü baxımından uyğunluğu yoxlayır. Biz bu tvininq layihəsi çərçivəsində Almaniya, İtaliya, Latviya tərəfdaşlarımızla birgə azərbaycanlı həmkarlarımızla təcrübəmizi bölüşürük”.

Son xəbərlər

Orphus sistemi