Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizmi yaradılacaq

Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizmi yaradılacaq Hikmət Hacıyev: "Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub"
Xarici siyasət
9 Fevral , 2018 16:10
Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizmi yaradılacaq
Report

Bakı. 9 fevral. REPORT.AZ/ "Brüsseldə keçirilən iclasda Avropa İttifaqı və Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunub". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib: "İclasa Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edib. Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat,enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

İclasda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəhlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub.

Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub". 

Son xəbərlər

Orphus sistemi