ATƏT-in baş katibi: "Cənubi Qafqazda münaqişələrin həlli tərəflərin siyasi iradəsindən asılıdır"

ATƏT-in baş katibi: "Cənubi Qafqazda münaqişələrin həlli tərəflərin siyasi iradəsindən asılıdır" "Münaqişələrin bütün tərəflərini qane edən həll tapmaq lazımdır"
Xarici siyasət
8 Dekabr , 2016 14:27
ATƏT-in baş katibi: Cənubi Qafqazda münaqişələrin həlli tərəflərin siyasi iradəsindən asılıdır

Bakı. 8 dekabr. REPORT.AZ/ "Cənubi Qafqazda və Moldovada həll olunmamış münaqişələrin həlli tərəflərinin siyasi iradəsindən asılıdır."

"Report" xəbər verir ki, bunu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında təşkilatın baş katibi Lamberto Zannyer bildirib. 

"Münaqişənin bütün tərəflərini qane edəcək həllərin axtarışı üçün səylərimizi ikiqat artırmaq məqsədilə yeni qüvvələr və yeni yanaşmalar tətbiq etmək lazımdır" - baş katib əlavə edib. 

L.Zannyer təşkilatın üzləşdiyi çağırışlarla mübarizə üçün ATƏT-ə üzv olan ölkələrin birləşməsinin vacibliyini vurğulayıb. 

Xatırladaq ki, Lamberto Zannyerin ATƏT baş katibi qismində mandatı bu il başa çatır. 

Son xəbərlər

Orphus sistemi