ATƏT-ə sədrlik Slovakiyaya keçib

ATƏT-ə sədrlik Slovakiyaya keçib Slovakiya ATƏT-ə sədrlik dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etmək niyyətindədir
Xarici siyasət
1 Yanvar , 2019 09:47
ATƏT-ə sədrlik Slovakiyaya keçib

Bakı. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib.

"Report" xəbər verir ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir.

Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi