Aşqabadda Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

Aşqabadda Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır Beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri bütün həll olunmayan məsələlərin müzakirəsini davam etdirəcək
Xarici siyasət
27 Yanvar , 2016 09:41
Aşqabadda Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun 43-cü iclası başlayır.  

"Report" xəbər verir ki, iclasda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusuna dair bütün həll olunmayan məsələlərin müzakirəsini davam etdirəcək.

İclas yanvarın 29-da çatacaq. 

Xatırladaq ki, növbəti Xəzər sammitinin 2016-cı ildə  Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi