AŞPA-ya yeni prezident seçilib

AŞPA-ya yeni prezident seçilib Bu posta qış sessiyası çərçivəsində ispaniyalı deputat Pedro Aqramunt seçilib
Xarici siyasət
25 Yanvar , 2016 15:09
AŞPA-ya yeni prezident seçilib

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyalı deputat Pedro Aqramunt Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

"Report"un məlumatına görə, bu posta seçkilər bu gün Strasburqda öz işinə başlayan qış sessiyası çərçivəsində baş tutub.

P.Aqramunt AŞPA prezidenti vəzifəsində Ann Brasseri əvəzləyib.

Qeyd edək ki, bundan əvvəl P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi idi. Onun namizədliyi AŞPA-nın ən böyük qrupu olan Avropa Xalq Partiyası (EPP) tərəfindən irəli sürülmüşdü.

İngilis versiyası New PACE President elected

Son xəbərlər

Orphus sistemi