AŞ Venesiya Komissiyası nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınıb

AŞ Venesiya Komissiyası nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınıb Səfərin ləğvinin səbəbi göstərilmir
Xarici siyasət
13 Noyabr , 2014 10:56
AŞ Venesiya Komissiyası nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa Şurası (AŞ) Venesiya Komissiyası nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə "Report" Venesiya Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir. 

Səfərin təxirə salınmasının səbəbi göstərilmir.

Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Səfərdə məqsəd bu yaxınlarda Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklə bağlı rəy hazırlanması idi.

Rəy layihəsinin bu ilin dekabr ayında plenar sessiyada qəbul edilməsi üçün Venesiya Komissiyasına təqdim olunacağı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi