Angela Merkelin rəsmi qarşılanma mərasimi olub - VİDEO

Angela Merkelin rəsmi qarşılanma mərasimi olub - VİDEO Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.
Xarici siyasət
25 Avqust , 2018 10:26
Angela Merkelin rəsmi qarşılanma mərasimi olub - VİDEO

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verib.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdiriblər. 

Son xəbərlər

Orphus sistemi