Andjey Duda: "Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır"

Andjey Duda: "Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır" Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
29 May , 2019 19:54
Andjey Duda: Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibəti ilə Sizi və Azərbaycan xalqını öz adımdan və Polşa xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır. Polşa ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi əlaqələrin daha da intensivləşəcəyinə ümid edirəm. Bizim əlaqələrimiz böyük potensiala malikdir. Ümidvaram ki, bu potensial gələcəkdə daha da inkişaf edəcək və reallaşacaqdır.

Möhtərəm cənab Prezident, ölkənizə və bütün Azərbaycan vətəndaşlarına uğur, sülh və hərtərəfli inkişaf arzu edirəm".

Son xəbərlər

Orphus sistemi