​Anatoli Nesteçuk: "Rusiya Qəbələdə yeni RLS inşa etməyəcək"

​Anatoli Nesteçuk: "Rusiya Qəbələdə yeni RLS inşa etməyəcək" "Rusiya ölkə xaricində bu cür sistemlər qurmağı məqsədəuyğun saymır"
Xarici siyasət
3 Oktyabr , 2015 23:43
​Anatoli Nesteçuk: Rusiya Qəbələdə yeni RLS inşa etməyəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Rusiya Azərbaycanın Qəbələ rayonunda mövcud olan "Dəryal" radiolokasiya sisteminin (RLS) yerində "Voronej" tipli yeni RLS inşa etməyəcək və ölkə xaricində bu cür sistemlər qurmağı məqsədəuyğun hesab etmir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Hərbi Kosmik Qüvvələrinin 15-ci Ordusunun (xüsusi təyinatlı) qərargah rəisi general-mayor Anatoli Nesteçuk məlumat verib.

"Hesab edirəm ki, yerli sistem vasitələri Rusiya ərazisində olmalı və bu vəzifələri təmin olunmuş qaydada yerinə yetirməlidir", — deyə Nesteçuk RSN radiostansiyasının "Genştab" proqramında aparıcının müvafiq sualını cavablandırarkən bildirib.

Son xəbərlər

Orphus sistemi