Almaniyanın Kansleri Angela Merkel Azərbaycana səfərə gəlib

Almaniyanın Kansleri Angela Merkel Azərbaycana səfərə gəlib Bakı. 25 avqust. REPORT.AZ/ Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.
Xarici siyasət
25 Avqust , 2018 10:22
Almaniyanın Kansleri Angela Merkel Azərbaycana səfərə gəlib

Bakı. 25 avqust. REPORT.AZ/ Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi