Bakı. 12 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyi Bakıda müxtəlif müharibələrdə həlak olmuş insanların və bütün xalqlardan olan zülm qurbanlarının xatirəsini anacaq.
Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Anım mərasimi noyabrın 15-də keçiriləcək. Həmin gün səfirlik Bakı və Sumqayıtda əsgərlərin dəfn olunduğu qəbirstanlıqlarda anım mərasimi təşkil edəcək.