Alman deputat: "Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir"

Alman deputat: "Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir" "Dünyada mövcud olan pandemiya dalğasında nadir ölkələr iqtisadi dayanıqlığı qoruya bilib ki, bunlardan biri də Azərbaycandır. Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir. Almaniya, daim maraqlıdır ki, Azərbaycan daim sabitvə strateji tərəfdaşı olsu
Xarici siyasət
10 Avqust , 2020 15:13
Alman deputat: Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir
Edqar Franke

"Dünyada mövcud olan pandemiya dalğasında nadir ölkələr iqtisadi dayanıqlığı qoruya bilib ki, bunlardan biri də Azərbaycandır.  Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir. Almaniya, daim maraqlıdır ki, Azərbaycan daim sabit və strateji tərəfdaşı olsun".

Bunu "Report"un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının deputatı Edqar Franke bildirib.

O qeyd edib ki, mövcud pandemiya ilə əsas mübarizə vasitələrindən biri məhz iqtisadi dayanıqlıqdır.

"Azərbaycan bunun öhdəsindən məharətlə gəlir" - deyə, deputat vurğulayıb.

E.Frankenin sözlərinə görə, Azərbaycan COVID-19 pandemiyasına ən az qurbanlar verənlər siyahısında da öndədir ki, bu da postpandemiya dövründə onu bir ölkə kimi beynəlxalq tərəfdaşlığını daha vacib edəcək. Bundestaq üzvü Ermənistanla sərhəddə Azərbaycanın məruz qaldığı təxribata da münadibət bildirərək deyib ki, Almaniya ərazi bütövlüyü məsələsini həmişə nəzərdə saxlayır:

"Bizim üçün ölkələrin, tərəfdaşlarımızın ərazi bütövlüyünün, suverenliyinin təhlükəsizliyi vacib şərtdir" - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi