Aleksandr Vuçiç: "Bu yaxınlarda Serbiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olacaq"

Aleksandr Vuçiç: "Bu yaxınlarda Serbiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olacaq" Bakı. 21 may. REPORT.AZ/ Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq.
Xarici siyasət
21 May , 2018 17:01
Aleksandr Vuçiç: Bu yaxınlarda Serbiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olacaq
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ "Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq".

"Report"un məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.

"Eyni zamanda iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir. Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik", - dövlət başçısı qeyd edib.

A.Vuçiç Azərbaycan Prezidentini ölkəsinə səfərə də dəvət edib: "Fürsətdən istifadə edərək Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik".

"Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır", - o vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi