Bakı. 27 iyun. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndə Toyvo Klaarın mandatının daha 20 ay müddətinə, 2020-ci il fevralın 29-na qədər uzadıb.
"Repor" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, T.Klaar bu vəzifəyə 2017-ci il noyabrın 13-də təyin edilib.
Xatırladaq ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndəsi iyul ayında Bakıya səfər etməyi planlaşdırır.