Aİ-nin Bakıda səfərdə olan ali nümayəndəsi hüquq müdafiəçiləri ilə görüşüb

Aİ-nin Bakıda səfərdə olan ali nümayəndəsi hüquq müdafiəçiləri ilə görüşüb "Avropa Birliyi Azərbaycanda islahatlara daha yaxından dəstək vermək niyyətindədir"
Xarici siyasət
1 Mart , 2016 13:09
Aİ-nin Bakıda səfərdə olan ali nümayəndəsi hüquq müdafiəçiləri ilə görüşüb

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda səfərdə olan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini Azərbaycanın bir qurp hüquq müdafiəçisi və QHT rəhbərləri ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə görüşdə iştirak etmiş İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məlumat verib.

Görüşdə V.Bayramovdan başqa, Novella Cəfərova, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl və Əvəz Həsənov iştirak edib.

O, görüşün iki saata yaxın davam etdiyini bildirib: "Mənimlə müzakirələrdə neftin dünya bazarında qiyməti aşağı düşəndən sonra regionda və eləcə də Azərbaycanda mövcud iqtisadi vəziyyət və bunun genişmiqyaslı islahatlar üçün yaratdığı imkanlara diqqət yetirildi. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi də müzakirə mövzusu oldu. Ümumi qənaətim ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanda islahatlara daha yaxından dəstək vermək niyyətindədir. Güman edirəm ki, ali nümayəndənin Azərbaycana səfəri ölkəmiz ilə köhnə qitə arasında münasibətlərin yenidən inkişafına töhfə verə bilər".

Son xəbərlər

Orphus sistemi