Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb

Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb Aİ-nin xarici siyasət xidmətinin mətbuat ofisi açıqlama yayıb
Xarici siyasət
13 İyul , 2020 16:30
Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı qarşıdurmaya son qoymağa və vəziyyəti daha da gərginləşdirməmək üçün tədbirlər görməyə çağırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin mətbuat ofisinin açıqlamasında deyilir.

“Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkətlərdən və ritorikadan çəkinməyə və eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır”, - sənəddə deyilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Son xəbərlər

Orphus sistemi