​ABŞ səfirliyi Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla əlaqələrinin bərpası məsələsini şərh edib

​ABŞ səfirliyi Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla əlaqələrinin bərpası məsələsini şərh edib "ABŞ-ın Azərbaycan ilə, o cümlədən hərbi məsələlər üzrə də əməkdaşlıq etmək istəyi dəyişməzdir"
Xarici siyasət
15 İyul , 2015 10:24
​ABŞ səfirliyi Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla əlaqələrinin bərpası məsələsini şərh edib

Bakı. 15 iyul. REPORT.AZ/ "ABŞ-ın Azərbaycanla uzun illərdən bəri əməkdaşlığa, o cümlədən hərbi məsələlər də daxil olmaqla, dəyişməzdir". Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla münasibətlərin bərpası ilə bağlı bəyanatını şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, Amerika tərəfi bir sıra sahələrdə proqramlar və seminarlar, müxtəlif tədbirlər, o cümlədən hərbi ixtisaslaşma, terrorizmə və narkotiklərə qarşı mübarizə, hətta ingilis dilinin öyrədilməsi ilə bağlı tədbirlər təşkil edib.

"Biz bu əməkdaşlığa böyük dəyər veririk, eləcə də NATO vasitəsi ilə Azərbaycanla əməkdaşlığımızı önəmli hesab edirik. Bizim sıx əlaqələrimiz və dəstəyimiz bu gün də davam edir" - ABŞ səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"ABŞ-ın Azərbaycanla bağlı siyasəti hər iki ölkələrimizin parlaq gələcəyə nail olmaq üçün birlikdə çalışmaq istəyinə əsaslanır. Bu öhdəlik həmişəkindən daha güclüdür. Biz münasibətlərimizin bütün aspektləri üzrə əməkdaşlığın genişləndirilməsi və davam etməsini səbirsizliklə gözləyirik", - səfirlikdən deyilib.

İyulun 14-də Azərbaycan Müdafiə Nazirliyi son bir il ərzində iki ölkə arasında münasibətlərin soyumasına baxmayaraq, Pentaqon ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirən bəyanat yayıb.

Son xəbərlər

Orphus sistemi