ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib

ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Örl Litzenberger Bakıya gəlib.
Xarici siyasət
7 Mart , 2019 21:07
ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Örl Litzenberger Bakıya gəlib.

“Report” xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Dövlət Departamentində Ö.Litzenbergerin andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, Ö.Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart ayında başa vurub.

Son xəbərlər

Orphus sistemi