ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına "Harvi" qasırğasının təsirinə məruz qalan regionlara getməmək tövsiyə olunub

ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına "Harvi" qasırğasının təsirinə məruz qalan regionlara getməmək tövsiyə olunub Azərbaycanın ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb
Xarici siyasət
29 Avqust , 2017 11:31
ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına Harvi qasırğasının təsirinə məruz qalan regionlara getməmək tövsiyə olunub

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb.

"Report" Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyyə olunub.

Qeyd edək ki, Texas ştatını cənginə alan "Harvi" qasırğasının vurduğu zərər təqribən 30 milyard dollar civarında qiymətləndirilir. Qasırğanın səbəb olduğu daşqınlar nəticəsində 8 nəfər həlak olub, bir neçə min insan Hyuston şəhərinin rayonlarından evakuasiya edilib.

Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib.

ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.

Fövqəladə vəziyyət həmçinin Luizianada da elan edilib.

Son xəbərlər

Orphus sistemi