Bakı. 15 fevral. REPORT.AZ/ Şotlandiyanın Aberdin şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
"Report" xəbər verir ki, tədbir fevralın 21-də Sent Nikolas mərkəzinin yaxınlığında baş tutacaq.
Tədbirin məqsədi Aberdin əhalisinə Xocalı faciəsi haqqında məlumat verməkdir. Aberdində yaşayan və təhsil alan azərbaycanlılar şəhər sakinlərinə üzərində bu hadisələr haqqında məlumat olan broşürlar paylayacaq.