Zurab Pololikaşvili: "Bu yay dünyada yerli turizm daha çox inkişaf edəcək"

Zurab Pololikaşvili: "Bu yay dünyada yerli turizm daha çox inkişaf edəcək" Sizinlə tamamilə razıyam. Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili “Kənd turizmi ili” və “Regional turizm ili” elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək.
Turizm
30 İyun , 2020 17:15
Zurab Pololikaşvili: Bu yay dünyada yerli turizm daha çox inkişaf edəcək

"Sizinlə tamamilə razıyam. Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili “Kənd turizmi ili” və “Regional turizm ili” elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək".

"Report" xəbər verir ki, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvil iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

"Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək. Bu, ölkələrin regional turizmi inkişaf etdirmələri üçün yaxşı şans ola bilər. Biz Sizinlə hökmən çox sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə görə çox sağ olun. Sizinlə söhbətimiz bizim üçün çox vacibdir. Ona görə ki, turizmin bütün ölkələrin iqtisadiyyatının ən mühüm amillərindən biri olmasını bütün dünya liderləri təsdiqləyiblər. Əlbəttə, Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Əminəm ki, Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq. Bizə vaxt ayırdığınıza və bu cür səmimi söhbətə görə Sizə bir daha təşəkkür etmək istərdim", - Baş katib vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi