Maldiv Respublikası əcnəbi turistləri qəbul edəcək

Maldiv Respublikası əcnəbi turistləri qəbul edəcək Maldivlər Respublikası iyulun 15-dən əcnəbi turistlərin üzünə açılır.
Turizm
11 İyul , 2020 12:55
Maldiv Respublikası əcnəbi turistləri qəbul edəcək

Maldiv Respublikası iyulun 15-dən əcnəbi turistlərin qəbuluna başlayır.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, ölkənin Marketinq və İctimai Əlaqələr Korporasiyasının açıqlamasına görə, həmin gündən turistləri məskənsiz adalardakı, 1 avqust tarixindən etibarən isə məskənli adalarda yerləşən hotel və istirahət mərkəzləri qəbul etməyə başlayacaq.

Bütövlükdə avqustun 2-dək 65-dən artıq, oktyabrın 1-dən isə daha 50 kurort yerinin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, ÜDM-nin 28 faizi, dövlət gəlirlərinin 90 faizindən artığı turizmin payına düşən Maldiv adalarında istirahət mövsümü dekabrdan mart ayınadək davam edir.

Gələn turistlər əlavə rüsum ödəməli, yaxud COVID-19 virusuna dair tibbi arayış təqdim etməli deyillər. Bununla belə koronavirusun əlamətləri görünən şəxslər öz hesabına test keçməli və karantinə alınmalıdır. Test pozitiv çıxsa, həmin şəxs təcrid olunmur, lakin əlamətlər yox olanadək ictimai yerlərə getməyəcək. Həmçinin əlamətlər görünən şəxslə təmasda olmuş başqa sərnişinlər də təcrid olunacaq.

Respublikaya gələnlər qalacaqları yerin əvvəlcədən təsdiqlənməsi barədə sənəd təqdim etməlidir. İlk mərhələdə gələn turistlər qaldıqları yerdən kənara çıxmayacaqlar. Yolda səhhətə dair sorğu vərəqəsini dolduracaq turistlər mütləq maska taxmalı, sosial məsafə qaydasına əməl etməlidirlər.

İndiyədək ölkədə 2 553 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb.

İngilis versiyası Maldives reopening next week

Son xəbərlər

Orphus sistemi