Coş Cons: "Azərbaycan quş həvəskarları üçün cənnətdir"

Coş Cons: "Azərbaycan quş həvəskarları üçün cənnətdir" “Quşları təqib etmək üçün təxminən 3000 metrədək yüksəklikdəki soyuq alpin sahələrinin gözəlliyi içindən başlayaraq ardıcıllıqla bakirə meşəli dərələr və quraq yarımsəhra vadilər kimi yaban həyatla dolu saysız məskənin içindən keçməklə boğucu sahil bataql
Turizm
28 İyul , 2020 17:07
Coş Cons: Azərbaycan quş həvəskarları üçün cənnətdir

“Quşları təqib etmək üçün təxminən 3 000 metrədək yüksəklikdəki soyuq alpin sahələrinin gözəlliyi içindən başlayaraq ardıcıllıqla bakirə meşəli dərələr və quraq yarımsəhra vadilər kimi yaban həyatla dolu saysız məskənin içindən keçməklə boğucu sahil bataqlıqlarında başa vurduğunuz bircə gün təsəvvürünüzə gətirin. Bu, doğruluğuna şübhə yaradacaq dərəcədə gözəl səslənir. Doğrudanmı səhər şəfəqindən axşam şəfəqinədək bu qədər ekoloji məkanları gəzmək imkansızdır? Lakin Qafqaz ölkəsi Azərbaycanda bu, mümkündür”.

“Report” xəbər verir ki, bu fikirlər “Birdguides” saytında dərc olunmuş “Azərbaycan: odlar və buzlar yurdu” adlı məqalənin əvvəlində ifadə olunub.

Məqalə müəllifi Coş Cons (Josh Jones) saysız-hesabsız quşların bol olduğu bütün bu rəngarəng təbiət məkanlarına baxmayaraq, Azərbaycanın hələ də əcnəbi quş həvəskarları arasında o qədər də tanınmadığını, halbuki Qərbi Avropada quş cənnəti sayıla biləcək yerlərin daha çox “tarix kitablarında rast gəldi”yini qeyd edir.

Daha çoxlu sayda heyvan və quşları görmək üçün Azərbaycana may ayında (aprelin ortasından iyunun əvvəlinədək) gəlməyi məsləhət görən müəllif Xəzər sahilləri boyu uzanıb gedən sulaq və bataqlıqlarda ən çox Qızılağac qoruğu ərazisində quşların həm say, həm də növ etibarilə çox rast gəldiyini qeyd edir.

“Heyrətamiz mənzərələrlə zəngin olan Azərbaycanda quşların müşahidəsi mənim dünyanın hər hansı yerində qazandığım ən gözəl təcrübə oldu. Bu qədər rəngarənglik və bolluq adama unudulmaz təəssüratlar bəxş edir, üstəlik, Qərbi Palearktikə xas ən gözəl məqamların bu qədər çox olması, inanılmaz foto fürsətləri, habelə səyahətin kiçik məsafələri, bir neçə səfər yerinin olması bu kiçik Qafqaz ölkəsində quş tətili keçirmək üçün tam tutarlı əsaslar ortaya qoyur”, - məqalədə göstərilir.

Son xəbərlər

Orphus sistemi