"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb

"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb ABŞ-ın məşhur Apple şirkətinin baş direktoru və meneceri Tim Kuk öz Twitter səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.
Turizm
21 Avqust , 2019 12:38
Apple şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb

ABŞ-ın məşhur "Apple" şirkətinin baş direktoru və meneceri Tim Kuk öz "Twitter" səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.

"Report" xəbər verir ki, T.Kuk fotonu avqustun 19-da qeyd edilən Beynəlxalq Fotoqrafiya Günü münasibətilə "iPhone" smartfonundan çəkilmiş şəkillər sırasından seçib.

"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı", - T.Kuk şəklə qeyd yazıb.

Qeyd edək ki, paylaşılan şəkil məşhur rusiyalı Instagram-bloger Mixail Zatulivetrov tərəfindən çəkilib. Bu, onun Azərbaycanın paytaxtına həsr elədiyi yeganə fotoşəkili deyil.

Son xəbərlər

Orphus sistemi