Rusiyada "Moscow Eurovision Party" əyləncə gecəsi təxirə salınıb

Rusiyada "Moscow Eurovision Party" əyləncə gecəsi təxirə salınıb Tədbir aprelin 21-də keçirilməli idi
Şou-biznes
15 Aprel , 2017 00:56
Rusiyada Moscow Eurovision Party əyləncə gecəsi təxirə salınıb

Bakı. 15 aprel. REPORT.AZ/ "Eurovision-2017" mahnı müsabiqəsi öncəsi keçirilməli olan "Moscow Eurovision Party 2017" əyləncə gecəsinin təşkilatçıları tədbiri təxirə salıblar.

"Report" xəbər verir ki, bu barədə aprelin 21-də tədbirin keçirilməli olduğu "Vegas City Holl"un saytında qeyd olunub.

Təşkilatçılar bu addımı yaranan qeyri-sabit siyasi vəziyyət və Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı rəsmi qərarın olmaması ilə izah ediblər.

Biletlər aprelin 25-də "Crocus City Hall"un binasında yerləşən mərkəzi kassada geri qaytarılacaq.

Gecədə Rusiya, Azərbaycan, İsrail, İsveçrə, Bolqarıstan, Yunanıstan və Moldovanın mahnı müsabiqəsindəki təmsilçiləri də iştirak etməli idilər.

Son xəbərlər

Orphus sistemi