Maykl Ceksonun atası dünyasını dəyişib

Maykl Ceksonun atası dünyasını dəyişib Bakı. 27 iyun. REPORT.AZ/ Pop musiqisinin kralı olan Maykl Ceksonun atası Co Cekson 89 yaşında Los-Ancelesdə vəfat edib.
Şou-biznes
27 İyun , 2018 21:58
Maykl Ceksonun atası dünyasını dəyişib

Bakı. 27 iyun. REPORT.AZ/ Pop musiqisinin kralı olan Maykl Ceksonun atası Co Cekson 89 yaşında Los-Ancelesdə vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Prodüser bu ay xərçəng xəstəliyinin son mərhələsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nəşrin yazdığına görə, onun səhhətində problem bir neçə il əvvəl başlayıb. 2015-ci ildə o, üç dəfə infark keçirib, 2016-cı ildə isə bir müddət xəstəxanada yatıb.

Co Cekson "The Jackson Five" qrupunun və sonradan solo karyeraya başlayan Maykl və Canet Ceksonun musiqi meneceri olub.

Son xəbərlər

Orphus sistemi