Vəkil Elman Paşayev: "Bu məsələnin yüzlərlə oxşar işdən fərqi yoxdur"

Vəkil Elman Paşayev: "Bu məsələnin yüzlərlə oxşar işdən fərqi yoxdur" Rusiyanın tanınmış aktyoru Mixail Yefremov bu günlərdə Moskvada yol qəzası törədib. Onun mənafeyini məhkəmədə təmsil edən rusiyalı vəkil Elman Paşayev bu məsələnin ictimai əks-sədası barədə danışıb.
Şou-biznes
12 İyun , 2020 19:00
Vəkil Elman Paşayev: Bu məsələnin yüzlərlə oxşar işdən fərqi yoxdur
Elman Paşayev / Report

Rusiyanın tanınmış aktyoru Mixail Yefremov bu günlərdə Moskvada yol qəzası törədib. Onun mənafeyini məhkəmədə təmsil edən rusiyalı vəkil Elman Paşayev bu məsələnin ictimai əks-sədası barədə danışıb.

- Rusiyada böyük səs-küyə səbəb olmuş bu işi aparmağa necə razılıq verdiniz?

- Sadəcə öz işimi görürəm. Əslində bu məsələnin yüzlərlə oxşar işdən fərqi yoxdur. İstər Rusiyada, istərsə də Azərbaycanda hər gün onlarla bu cür qəza baş verir. Mixail Yefremov belə qəza törədən yeganə şəxs olsaydı, onda başqa məsələ. Amma o, bunu qəsdən etməyib.

Mixail Yefremov / riafan.ru
Mixail Yefremov / riafan.ru

Bu işi götürməkdən guya 40 vəkilin imtina etdiyini deyirlər, yalandır. Yefremovun ailəsini vəkillər jurnalistlərdən də betər narahat edir. Çünki bir çox vəkillər bu kimi işləri özlərini piar etmək fürsəti kimi görür. Amma biz yalnız öz işimizi peşəkar səviyyədə görməyə çalışırıq.

- Bütövlükdə bu vəziyyətə dair fikrinizi bilmək maraqlı olardı.

- Hələlik şərh verə bilmərik. Çünki hadisə çox səs-küyə səbəb olduğu üçün müstəntiqə susmaq barədə iltizam vermişik. Həm də istintaq hələlik bəzi məqamları aydınlaşdırmaqla məşğuldur. Araşdırma başa çatandan sonra ətraflı şərh verəcəyik.

РБК
РБК

- Məhkəmə nə vaxt olacaq?

- Yaxın günlərdə. Həm bütün bu səs-küyə görə, həm də Konstitusiyaya düzəlişlərlə bağlı səsvermənin tez keçirilməsnə görə bu məhkəmə nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Qeyd edək ki, iyun ayının 8-də Rusiyanın Əməkdar artisti Mixail Yefremov sərxoş halda “Jeep Grand Cherokee” markalı avtomobilini idarə edərkən əks zolağa çıxaraq “Lada” markalı minik avtomobilinə çarpılıb. Nəticədə Rusiya Daxili İşlər Nazirliyinə görə, “Lada”nın 57 yaşlı sürücüsü xəstəxanaya yerləşdirilsə də, çoxlu xəsarətləri və xeyli qan itirməsi üzündən dünyasını dəyişib. Aktyora qarşı başlanmış cinayət işinin maddəsi çərçivəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi